Leilakhanim - هل هناك أخبار 2023
Lyrics - Mahnın Sözləri
Sənin həsrətindən sənin dərdindən
Dillərə düşmüşəm xəbərin varmı
Çıxa bilməyirəm el arasına
Dillərə düşmüşəm xəbərin varmı (x2)
Ay sevgilim borandı sən hardasan
Bilmirəm ki, azadəsən dardasan
Gözləyirəm yollarını hardasan
Dillərə düşmüşəm xəbərin varmı (x2)
Axır gözlərimdən yaşım sel kimi
Keçir ömrümüzdən illər yel kimi
Mən əsli oluram sən kərəm kimi
Dillərə düşmüşəm xəbərin varmı (x2)