Narana Paşayeva - Bap Balaca
Söz/Mus: İlkin Çərkəzoğlu
Aranjıman: Murad Əlizadə
"Sözləri"
Sən o qədər şirin balasan hamı deyirki yoxdu tayı
Bu evdə kim sevilir axı sən kimi səndən savayı
Sən o qədər dəyərlisən sən o qədər sevimlisən
Sən ən böyük hədiyyəsən gəlmisən ALLAHın payı
Balacasan bap balaca
Gözü qaşı lap balaca
Balacasan bap balaca
Gözü qaşı lap balaca
Evimizin bəzəyisən
Ürəyisən bap balaca
Evimizin bəzəyisən
Ürəyisən bap balaca
Ay mənim evimin bəzəyi kim görür heyrandı sənə
Atan anan baban nənən candan əziz candı sənə
Sən təki gül danış balam sən nəsə arzu eylə balam
Evim eşiyim pulum param hamısı qurbandı sənə
Balacasan bap balaca
Gözü qaşı lap balaca
Balacasan bap balaca
Gözü qaşı lap balaca
Evimizin bəzəyisən
Ürəyisən bap balaca
Evimizin bəzəyisən
Ürəyisən bap balaca
#NaranaPaşayeva #BapBalaca #Klip