Arif Səlimovun yeni mahnısı "Ağla Bulud" YouTube'da yayımda.

Arif Səlimov kanalına abunə olmaq üçün bu linkə daxil olun: https://wedia.link/arifselimov

Söz : Nailə Şamilqızı
Mus : Arif Səlimov
Aranj : Ağasi Nəsirov

Saxlama içində tök göz yaşını,
Yer,göy matəm tutsun igidlərinə.
Ağla qara bulud,ağla doyunca,
Ağla nakam gedən Şəhidlərinə.

Ötdü Vətən üstə qara buludlar,
Bu payız yenə də qəlblər alışdı.
Yenə neçə-neçə igid balanın,
Qanı bu torpağa axıb qarışdı.

“Torpaq qanla qarışanda Vətən olar”,
Belə bir müqəddəs deyimimiz var.
Vətənə can qurban deyən minlərlə,
Qeyrətli,şərəfli igidimiz var.

Olmadı ölümdən qorxusu qəti,
Aslan kimi hünərlidir igidlər.
Bu Ölkənin fəxri,fəxarətidir,
Fərid kimi,Elnur kimi Şəhidlər.

İki aydı toyu olan Şəmistan,
İyirmi gün evli qalan Azərim.
Lay-lay deyək anasız Səbuhiyə,
Atan dərdə dözmədi ay Vadimim.

Evin son beşiyi Xəyalım lay-lay,
Evin tək övladı Erkinim lay-lay.
Tarixə ad yazan məğrur balalar,
Nişanlı Səidim,Firuzum lay-lay.

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

#ArifSelimov #AglaBulud #Arif
0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk