Söz: Şamo Ziya
Musiqi: Şamo Ziya
Aranjeman: İlkin Həsən
Rejissor: Tural Khalilov
Klarnet ifaçısı: Samir Nadiroğlu

"Dost" Sözləri

Dostu bəladan qoruyar kölgəsi,
Dağ qürurlu, dağ vüqarlı dostların.
Sadiq olub qədrini bilmək gərək,
Sədaqətli etibarlı dostların.

Ayağına daş dəyməsin,
Başı bəla görməsin.
Tanrı yaxşı dostlara,
Qüssə-kədər verməsin.

Dostu gərək atmasın,
Dar günündə dostunu.
Tale utandırmasın,
Dost önündə dostunu.

Dostum ilə dost olanın dostuyam,
Dostlarımın düşməni düşmənimdir.
Dərdi, qəmi, qüssəsi öz dərd- qəmim,
Dostlarımın xoş günü xoş günümdür.

Ayağına daş dəyməsin,
Başı bəla görməsin.
Tanrı yaxşı dostlara,
Qüssə- kədər verməsin.

Dostu gərək atmasın,
Dar günündə dostunu.
Tale utandırmasın,
Dost önündə dostunu.

Dostu dostdan ayrı salma İlahi,
Bağlamasın yolları düşmən toru.
Yalvarıram mən ulu Tanrım mənim,
Dostlarımı dərdü bəladan qoru.

Ayağına daş dəyməsin,
Başı bəla görməsin.
Tanrı yaxşı dostlara,
Qüssə-kədər verməsin.

Dostu gərək atmasın,
Dar günündə dostunu.
Tale utandırmasın,
Dost önündə dostunu.

Şamo Ziya - nın ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#SamoZiya #Dost #SamoZiya2023

0 تبصرے
    کوئی تبصرہ نہیں ملا

:: / ::
::
/ ::

قطار