Söz/Musiqi: Rustem & Anar
Aranjıman: Elməddin
Səs Rejissoru: imran
Rejissor: Tural Khalilov
PR Menecer: Nadir Kərimov

"Əmioğlu" - Sözləri (Lyric)

Heç olmasa sən bu qədər üstümə gəlmə
Bu günnən hər şeyin daşın atıram əmioğlu
Heç olmasa sən bu qədər üstümə gəlmə
Bu günnən hər şeyin daşın atıram əmioğlu

Vəzyətim əvvəl əlaydı indi çətindi
Atam mənnən üz çevirdi Anam deyindi
Taytuşum qaz vurur qazan doldurur indi
Mən hələ fil qulağındayam yatıram əmioğlu
Taytuşum qaz vurur qazan doldurur indi
Mən hələ fil qulağındayam yatıram əmioğlu

Heç olmasa sən bu qədər üstümə gəlmə
Bu günnən hər şeyin daşın atıram əmioğlu

Mən səhər yatıb günorta yuxudan oyanıram
Cibimdə pul paramda yox hamıdan utanıram
Veyil veyil o tin bu tin gəzib dolanıram
Evədə səhərə yaxın gedib çatıram əmioğlu
Veyil veyil o tin bu tin gəzib dolanıram
Evədə səhərə yaxın gedib çatıram əmioğlu

Heç olmasa sən bu qədər üstümə gəlmə
Bu günnən hər şeyin daşın atıram əmioğlu

Mənim şirin sözümü belə zəhər bilirlər
Mən nələr çəkirəm olar nələr bilirlər
Dost tanışlarım məni bəxtəvər bilirlər
Mən ama borc içində itib batıram əmioğlu
Dost tanışlarım məni bəxtəvər bilirlər
Mən ama borc içində itib batıram əmioğlu

Heç olmasa sən bu qədər üstümə gəlmə
Bu günnən hər şeyin daşın atıram əmioğlu

Doğmalarım halıma baxır yaman kövrəlir
Öz həyatım özümə mənim gülünc görsənir
Bəzən həyattan küsürəm ölməyim gəlir
Bu aralar yaman yuxumu qatıram əmioğlu
Bəzən həyattan küsürəm ölməyim gəlir
Bu aralar yaman yuxumu qatıram əmioğlu

Heç olmasa sən bu qədər üstümə gəlmə
Bu günnən hər şeyin daşın atıram əmioğlu

Mən bir iş tapa bilmirəm özümə birdənə
Üzümdə gəlmir nəqədər ağız açım sənə
Gör nə haldayamki yarım sevgilim mənə
Hədiyyə aldığı üzüyü satıram əmioğlu
Gör nə haldayamki yarım sevgilim mənə
Hədiyyə aldığı üzüyü satıram əmioğlu

Heç olmasa sən bu qədər üstümə gəlmə
Bu günnən hər şeyin daşın atıram əmioğlu

Hanı o deyənlər mənə ölmüyüb qardaşın
Getdi onların badına bir ev bir maşın
Olara denənki atmışam hər şeyin daşın
Daha Namaz qılıram Oruc tuturam əmioğlu
Olara denənki atmışam hər şeyin daşın
Daha Namaz qılıram Oruc tuturam əmioğlu

Heç olmasa sən bu qədər üstümə gəlmə
Bu günnən hər şeyin daşın atıram əmioğlu

NK Music - de olan bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

Son Dinleyenler

0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk