Mp3 link : https://disk.yandex.com.tr/d/LWkuOrmeU0Y2cg

Söz : Əli Digahlı
Musiqi : Vaqif Əlizadə
Aranjıman : Həbib Music





Sevmək olmur cövrü cəfasız
Nişanlanıbdı xeyr duasız
Məni yarı yolda qoyan vəfasız
Özgəyə sultan olmaz olaydı

Nəqarət:
Sevdim ürəyim qanə boyandı
Getdin nəfəsim getdi dayandı
Məni kimi aşıq candan usandı
Səni kimi canan olmaz olaydı

Onu görən andan bəri gülmüşdüm
Qəlbimi iki hissəyə bölmüşdüm
Dərdimə dərman onu bilmişdim
Dərdimə dərman olmaz olaydı

Nəqarət:
Sevdim ürəyim qanə boyandı
Getdin nəfəsim getdi dayandı
Məni kimi aşıq candan usandı
Səni kimi canan olmaz olaydı

Ürəyim sanki nalə qopardı
Biləndə yarım özgəyə yardı
Səni məndən alıb əğyar apardı
Namərd düşman olmaz olaydı

Nəqarət:
Sevdim ürəyim qanə boyandı
Getdin nəfəsim getdi dayandı
Məni kimi aşıq candan usandı
Səni kimi canan olmaz olaydı

Çırpınan ürəyim birdəfəlik sus
Hər gecə görürəm qorxulu kabus
Təkliyə aşiq daimi məhbus
Kaş belə zindan olmaz olaydı


Nəqarət:
Sevdim ürəyim qanə boyandı
Getdin nəfəsim getdi dayandı
Məni kimi aşıq candan usandı
Səni kimi canan olmaz olaydı


Bunu qeyd etdim hər misrada
Sevənlər ayrılmaya dünyada
Arzum odu ki qara sevdada
Həsrəti hicran olmaz olaydı


Nəqarət:
Sevdim ürəyim qanə boyandı
Getdin nəfəsim getdi dayandı
Məni kimi aşıq candan usandı
Səni kimi canan olmaz olaydı
0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk