Aminanın Namiq Qaraçuxurlu ilə birgə ifa etdiyi "Meyxana" mahnısı artıq onlayndır.
Aminaya YouTube-da abunə ol: https://mikpro.az/amina.yt

Musiqi və söz: Namiq Qaraçuxurlu
Aranjiman: Elvin Musayev
Miksinq və Masterinq: Elvin Musayev
Rejissor: Emin Aliyev

Aminanı sosial şəbəkələrdə izlə:
Instagram: https://mikpro.az/aminaig
Genius: https://mikpro.az/aminagn

Aminanı rəqəmsal platformalarda dinlə
Keçid: https://mikpro.az/amina.dinle

Sözlər:

[Nəqərat: Namiq Qaraçuxurlu, Amina]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana

Yadigardır meyxana, yadigardır meyxana
Yadigardır meyxana, yadigardır meyxana, hey

[Bənd 1: Amina]
İçində möcüzələr doludur ədəbiyyatımızın
Bu sənət də çox incə yoludur ədəbiyyatımızın
Folklor janrıdır, bir qoludur ədəbiyyatımızın
Ora daxildir, sanmayın ki, kənardır meyxana

[Nəqərat: Amina]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana

[Bənd 2: Namiq Qaraçuxurlu]
Deyilən meyxanalar hər biri təbdən yaranıb
Çox suallar verilir, hansı səbəbdən yaranıb?
Kökünü xırdalasaq, zatı ərəbdən yaranıb
Bu səbəbdən əruzla əlaqədardır meyxana

[Nəqərat: Namiq Qaraçuxurlu]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana

[Bənd 3: Amina]
Deyilən meyxanan şah beyti qafiyədir
Deməyə növbə çatıb, müddəti az saniyədir
Təb olmasa, şairin deməyə ixtiyarı nədir?
Təbin gələndə isə biixtiyardır meyxana

[Nəqərat: Amina]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bu səbəbdən əruzla əlaqədardır meyxana

[Bənd 4: Namiq Qaraçuxurlu]
Mən də, həmkarlarım da birdir bizim niyyətimiz
Deyirik meyxananı – xalqa budur xidmətimiz
Qoymarıq ki, əzilə, tapdalana sənətimiz
Nə qədər ki biz varıq, bizimlə vardır meyxana

[Nəqərat: Namiq Qaraçuxurlu]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana

[Çıxış: Amina]

Amina tərəfindən Namiq Qaraçuxurlunun iştirakı ilə ifa olunan "Meyxana" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2022

Etiketlər

#Amina #NamiqQaraçuxurlu #Meyxana

Son Dinleyenler

0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk