Nəfəs - Səndə Get 2022 (Yeni Klip)

Söz: İsa Ümid
Musiqi: Pərvin Nadiroğlu
Aranjiman: İsmayıl Əlizadə
Video: Elnur, Elmir
Mua: Elman Hacıyev
Produccer: Rövşən Səfərov
PR Menecer: Nadir Kərimov

"Səndə Get" - Sözləri (Lyric)

Peşmanam mən səni sevdiyim üçün
Adamı dar gündə atan adamsan
Sübuta yetirdin sən bunu bu gün
Sevdiyi insanı satan adamsan

Gedirsən eybi yox o yol oda sən
Mən səndən inciyib küsən deyiləm
Getmək istəyirsən gedə bilərsən
Qal deyə önünü kəsən deyiləm

Səndə get vəfasız gedənlər kimi
Eşqinə xəyanət edənlər kimi
Özgəsi nə qədər sevsədə səni
Çətin ki o insan mən ola bilsin

Sevdiyin insana getsəydin əgər
Qınamazdım inan heç zaman səni
Getməyin yox məni yandıran budur
Nə yaman ucuza satmısan məni

Bilirəm tapılmaz getsəmdə hara
Dərdimin çarəsin bilən həkimi
Mənim ürəyimə vurduğun yara
İnanki sağalmaz ölənə kimi

Nəfəs - in ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#Nefes #SendeGet #Nefes2022

Son Dinleyenler

0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk