Ifrat Dunyamaliyev official Youtube channel.
İfrat Dünyamalıyevə məxsus rəsmi kanal.

✔Abunə ol: https://goo.gl/gxe4nT
✔İnstagram: https://goo.gl/2rnfL3
✔TikTok: https://ko.tc/OHMG
✔Facebook: https://cy.tc/OHMI

İfaçılar: İfrat & Mehriban
Söz: İfrat Dünyamalıyev
Aranjiman: Loğman Yusub
Akardion: Kənan Xan
Əsərin adı: “Sonradan”
Rejissor: Rəşad Həsənov
Kameraman: Zakir
Rollarda: Əbəlfəz, Arzu x. Azad İskəndərov

Mahnı sözləri:

(Bənd)
Yanlışlarımın ucbatından,
Bu eşqin gətirmədi baxtı.
Kaş səni qaçırardım həyatım,
Şansımı qaçırınca o vaxtı.
Bir tək özünü qınama əzizim,
Mən də qorxularıma yenildim.
Nazıma, çılğınlıqlarıma,
Səbr edəcəksən elə bildim.
Biz bağışlasaq da bir-birin,
Zaman bağışlamağı bacarmır.
Nə qədər istəsə də belə insan,
Yenidən başlamağı bacarmır.

(Nəqarət)
Soradan, gəlir ağlı başına adamın gec olur,
Soradan, bir də ayılırsan gəncliyin heç olur,
Soradan, qürurun onu qəbullanmağı güc olur,
Anlamsız olur peşmanlıq.

(Bənd)
Vaxtsız peşmanlıq nə gərək,
Zamanında qədrin biləsən.
Eşqsiz dolana bilməz ürək,
Şərti odur ancaq sevəsən.
Ürəy öldürəcək səni eşqsiz,
Bir həyata qol qoydunsa.
Geri dön seç xoşbəxtliyini,
Bir addım yol qoydunsa.
Bu ziyanın yarısından da,
Geriyə qayıtmaq zərərlidir.
Çox gec anladım ki ağlamaq,
Bir tək uşaqkən keçərlidir.

(Nəqarət)
Soradan, gəlir ağlı başına adamın gec olur,
Soradan, bir də ayılırsan gəncliyin heç olur,
Soradan, qürurun onu qəbullanmağı güc olur,
Anlamsız olur peşmanlıq.

═══════════════════════════════
DİQQƏT! Kopyalamaq qəti qadağandır! İfrat Dünyamalıyevə məxsus rəsmi kanal olduğu üçün ona aid olan bütün mahnı və videoların hüquqları iLsVision tərəfindən qorunur. Əks təqdirdə kanalınıza Youtube tərəfindən şikayət atılacaq!

Son Dinleyenler

0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk