Həmidə Hüseynova - Qisas Və Şəhid

Söz: Elnur Valeh
Mus: Elnur Valeh
Aranjiman: Rövşən Muhəmməd
Rejissor: İlkin Azimov
Cover: Kamran Dəniz
PR Menecer: Nadir Kərimov

"Qisas Və Şəhid" Sözləri

Sən şərəfin tutdun uca Azərbaycanın,
Oldu fədə Azərbaycana şirin canın,
Torpaq öz uğrunda şəhid verdikcə ucalar,
Qarışdı torpaq ilə hər damla axan qanın.

Sən canını qeyrətini qorumaq üçün verdin,
Millət üçün, xalqın üçün, torpaq üçün verdin,
"Vətən sağ olsun" dedin, öldün vətən uğrunda,
Ölmədin əslində şəhid olmaq üçün gəldin.

Bizdə nə qorxu, nə təlaş,
Ədalət haqdır bu savaş,
Mən öz vətənimi sevmişəm,
Vətən sağ olsun demişəm.

Anam şəhid anasıdır,
Qəmi Hüseyn əzasıdır,
Bu haqq davası, bu döyüş,
HÜSEYNİN KƏRBƏLASIDIR!

Sən bu torpağın oğlusan, Şəhid!
Sən bu torpağa bağlısan, Şəhid!
Rununa ruhum eyləyir təzim,
Sən anadan doğulmusan Şəhid!

Ağlama qeyrətli ana, sil gözünün yaşını,
Sən Şəhidin anasısan dik tutasan başını!
Elə bir oğul fəda eylədin ki, bu torpağa,
Xalq öz qəlbində ona düzəltdi baş daşını.

Sən Həzrəti Fatimənin dərdinə yan, ağla,
Düşmənə göstərmə bu göz yaşını yan ağla,
Oğlu susuz oldu şəhid Həzrəti Fatimənin,
Dərdini qoş Fatimənin dərdinə qan ağla.

Azərilərdir bu diyar,
Bərdə İmamzadəsi var,
Hətdə Seyyid Yusif Ağa,
Dəfn olunub bu torpağa,
Canı fəda et vətənə,
Vətən oğul desin sənə.
Hüseyn - Hüseyn şüarımız, şəhadət iftixarmız!

Həmidə Hüseynova - nın ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#HemideHuseynova #QisasVeSehid #HemideHuseynova2022

Son Dinleyenler

0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk