Tacir Məmmədov & Səadət Hüseynzadə - Sev Məni 2023

Söz: Ülvi İbadlı
Mus: Tacir Məmmədov
Aranjiman: Farşid Milani
Skripka: Əli Əlizadə
Yayım: Nadir Kərimov
Rejissor: Sənan Huseynov

Sev Məni - Sözləri (Lyric)

Ömür boyu əziz olsun hisslərin
Dərya olsun dəniz olsun hisslərin
Elə sev ki, təmiz olsun hisslərin
Nağıl sevən uşağ kimi sev məni

Görkəminə baxıb heyran qaldığın
Sahatlarla xəyallara daldığın
Sahilində gəzərkən zövq aldığın
Dalğalanan dəniz kimi sev məni

Səvgin sonsuz olsun gəldi gedər yox
Həyatıma sevinc gətir kədər yox
Ömür qısa olur ömür qədər yox
Bacarırsan ölüm qədər sev məni

Mənəm sənin yollarına boylanan
Dəyər verib ürəy verib bağlanan
Damlalardan ilham alıb canlanan
Yağış sevən torpağ kimi sev məni

NK Music - de olan bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#AzeriMusic #TacirMemmedov #SevMeni2023

Son Dinleyenler

0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk