Məryəm Feray - Nə haldayam

BY: Rəhman

Söz: Tural Sədalı
Mus: Reko
Ses rejissoru: Nurlan Hatəmoğlu
Operator: Terlan
Make up: Elman Haciyev

"Nə Haldayam" Sözləri

Çətin bu dərdə dözüm
Getsən gülməz üzüm
Ay mənim canım gözüm
Gör bir nə haldayam

Deyirəm sözün düzün
Hər gecəm qəmli hüzün
Nəmlidir üzüm gözüm
Gör bir nə haldayam

Gecələr ay gecələr
Yenə qəmgin gecələr
Bir mənəm bir sənin
Vardı dərdin gecələr

Dostuyam qəm kədərin
Yaralar dərin dərin
Yoxdu məndən xəbərin
Gör bir nə haldayam

Ruhum arxanca gedir
Bu gün hər şey silinir
Üz gözümdən bilinir
Gör bir nə haldayam

Gecələr ay gecələr
Yenə qəmgin gecələr
Bir mənəm bir sənin
Vardı dərdin gecələr

Bütün xəyalımı yıxım
Niyə hər gün darıxım
Kaş sənin önünə çıxım
Gör bir nə haldayam

Geri Gəlməsən belə
Ürəyimdəsən hələ
Heç olmasa zəng elə
Gör bir nə haldayam

Gecələr ay gecələr
Yenə qəmgin gecələr
Bir mənəm bir sənin
Vardı dərdin gecələr

Məryəm Feray - ın ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!

#MeryemFeray #NeHaldayam #MeryemNeHaldayam

Son Dinleyenler

0 yorumlar
    Yorum bulunamadı

:: / ::
::
/ ::

kuyruk